Həbs xəbəri yayılan “By Ella” DANIŞDI
19 avqust 2026 22:31 (UTC +04:00)

Həbs xəbəri yayılan “By Ella” DANIŞDI

1

Həbs xəbəri yayılan “By Ella” ləqəbi ilə tanınan bloqer Lalə Məmmədova haqqında yayılan xəbərlərə münasibət bildirib.

Lent.az xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.

“Haqqımda sosial şəbəkələrdə yayılan “Türkiyədən narkotik gətirərkən tutulub” kimi yazılan xəbərlərin heç bir əsası yoxdur. Bu, açıq şəkildə yalan və böhtandır.  Məni tanıyan, illərdir məni izləyən insanlar çox yaxşı bilir ki, mən belə bir şeyə nəinki qarışmaram, heç ağlımdan belə keçirmərəm. Bu günə qədər qazandığımız hər bir manatın, hər bir qəpiyin arxasında halal zəhmətimiz dayanır.

Bir şeyi də çox aydın deyim: əgər ortada belə bir cinayət faktı olsaydı, bunu sosial şəbəkədə yazılan bir-iki cümlə ilə yox, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəsmi məlumatı ilə bilərdiniz. Mənim haqqımda yazılan bu uydurmalar isə heç bir rəsmi fakta söykənmir.

Bu xəbərləri yayan və adımı bu şəkildə hallandıran səhifələr barədə artıq lazımi hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət etmişəm. Ərizələr təqdim olunub və bundan sonrakı məsələ artıq hüquqi müstəvidə həll olunacaq.

Mən heç kimə özümü sübut etmək məcburiyyətində deyiləm. Məni tanıyanlar mənə inanır, güvənir və kimin kim olduğunu çox yaxşı bilir.

Yalan yazmaq asandır. Amma hər yalanın da bir məsuliyyəti var. Bu dəfə həmin məsuliyyəti qanun qarşısında cavablandıracaqlar”, - bloqer qeyd edib.

Xatırladaq ki, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 

L. Məmmədovanın sonradan hansı qaydada azadlığa buraxıldığı məlum deyil.



***
10:43 

“By Ella” ləqəbi ilə tanınan bloger Lalə Məmmədovanın həbsinin detalları məlum olub. 

Lent.az-ın sosial mediadan əldə etdiyi məlumata görə, o, Azərbaycandan Türkiyəyə narkotik aparırmış. 

Üzərində külli miqdarda narkotik vasitə olan Lalə Məmmədova Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən Bakıdan İstanbula uçarkən hava linanında saxlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

***

saat 10:20

Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb.

Lent.az “Unikal”a istinadən xəbər verir ki, Lalə İlham qızı Məmmədova məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin  206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2448

Oxşar yazılar