Terrorçu kürd təşkilatına 20 milyon dollarlıq zərbə
16 dekabr 2012 00:41 (UTC +04:00)

Terrorçu kürd təşkilatına 20 milyon dollarlıq zərbə

0

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı Türkiyə polisi və xüsusi təyinatlıları birgə əməliyyat keçirib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, əməliyyat nəticəsində 20 milyon dollar qiyməti olan 20 ton marixuana ələ keçirilib. Mənbə bunların terrorçu PKK-ya aid olduğunu bildirib.

Narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları onlardan çoxlu sayda silah–sursat da müsadirə edib.

Yerli hakimiyyət qurumunun təmsilçisi Mustafa Toprak bu əməliyyatın terrorçulara ciddi zərbə vurduğunu bildirib.

Milli İstihbarat, jandarm və polisin 2012-ci ildə birgə keçirdiyi əməliyyat nəticəsində kürd terrorçularından  60 ton narkotik maddə ələ keçirilib. Son on ildə isə onlardan 143 ton uyuşdurucu müsadirə olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1429

Oxşar yazılar