Terror oldu, çağırışçılar öldü
12 yanvar 2014 18:42 (UTC +04:00)

Terror oldu, çağırışçılar öldü

İraqın paytaxtı Bağdadda baş vermiş partlayış nəticəsində ən azı 9 nəfər həlak olub, 16 nəfər yaralanıb.

 

APA TV  "Reuters" agentliyinə istinadən xəbər verir ki, terror aktı İraq ordusunun yeni çağırışçılarına qarşı yönəlib. Minalanmış avtomobil Bağdadın qərbindəki avtovağzalın yaxınlığında partlayıb, oradan çağırışçılar öz evlərinə getməyə hazırlaşırmışlar. Ölkə ərazisində fəaliyyət göstərən heç bir qruplaşma hələlik terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Daha bir partlayış isə Hürriyyə rayonunda baş verib. Burada 4 dinc sakin ölüb, 13 nəfər yaralanıb. Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, terror aktları şiələrin məskunlaşdığı rayonlarda baş verdiyindən, polis onların "Əl-Qaidə" ilə əlaqəli qruplaşma tərəfindən törədildiyini ehtimal edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1585
avatar

Oxşar yazılar