Tereza Mey Böyük Britaniyanın baş naziri oldu
13 iyul 2016 21:09 (UTC +04:00)

Tereza Mey Böyük Britaniyanın baş naziri oldu

Mühafizəkarlar Partiyasının lideri Tereza Mey rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edilib.

 

APA-nın BBC-yə istinadən məlumatına görə, bununla əlaqədar  Böyük Britaniyanın kraliçası II Yelizaveta fərman imzalayıb.

 

II Yelizaveta T.Meyə yeni hökuməti formalaşdırmağı tapşırıb. Gözlənilir ki, artıq bu axşam yeni nazirlərin adları bəlli olacaq. Qeyd edək ki, Tereza Mey II Yelizavetanın krallığı dövründə sayca 13-cü baş naziridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar