Yanvarın 15-də yüzlərlə afrikalı qanunsuz mühacir qadın İsrail paytaxtı Təl-Əvivdə uşaqları ilə birlikdə yürüşü keçirib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onlar etiraz yürüşünə şəhərin Levin parkından başlayıb, BMT-nin qaçqınlar üzrə nümayəndəliyinin və ABŞ səfirliyinin binaları qarşısından keçiblər.
Aksiya iştirakçıları özəl qaçqın düşərgələrində onlara tətbiq olunan «süzgəcin» ləğvini və qaçqın statusu verilməsini tələb ediblər.