Tehranın köçürülməsi ilə bağlı işçi qrup yaradılıb
04 yanvar 2014 17:48 (UTC +04:00)

Tehranın köçürülməsi ilə bağlı işçi qrup yaradılıb

İran paytaxtının başqa bir əraziyə köçürülməsi prosesi ilə əlaqədar işçi qrup yaradılıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bildirib ki, paytaxtın köçürülməsi planı hələlik araşdırılma mərhələsindədir: “Hazırda ölkə parlamenti ilə hökumət birgə işçi qrupu yaradıblar. Bu planı qısa müddətdə həyata keçirmək mümkün deyil. Plan yalnız uzun müddətə reallaşa bilər”. 

 

Nazir hələlik yeni paytaxtın hansı şəhər olacağı mövzusunda da qərar verilmədiyini deyib.

 

Qeyd edək ki, ötən il dekabrın 24-də İran parlamenti ölkə paytaxtının Tehrandan başqa yerə köçürülməsini nəzərdə tutan planı təsdiqləyib. Plan yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1447
avatar

Oxşar yazılar