Tehran BP-ni İrana dəvət etdi
18 yanvar 2014 18:52 (UTC +04:00)

Tehran BP-ni İrana dəvət etdi

 İran Neft Nazirliyi Böyük Britaniyanın iki böyük neft şirkəti – «Shell» və BP-ni rəsmən İranda fəaliyyətə dəvət edib.

APA-nın bildirdiyinə görə, bu barədə İranın «Mehr» agentliyi məlumat yayıb.


Hər iki şirkətə İranın neft naziri Bijan Zangənə (Bijen Zengene) tərəfindən rəsmi dəvət göndərilib.

Məlumatda qeyd olunub ki, 2013-cü ilin dekabrında OPEC-in Vyanada keçirilən toplantısında İranın neft naziri Norveçin «Statoil Hydro», İtaliyanın «Eni», Fransanın «Total», «Exxon Mobil», ABŞ-ın «ConocoPhilips», Avstriyanın OMV və İsveçrənin «Vitol» şirkətləri ilə müzakirələr apararaq onları İrana dəvət edib.

Agentliyin xəbərinə görə, «Shell»və BP-nin İrana 2 mlrd. dollar borcu mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793
avatar

Oxşar yazılar