Tehranın atom obyektini "Mossad" partladıb?
27 yanvar 2013 06:14 (UTC +04:00)

Tehranın atom obyektini "Mossad" partladıb?

İranın Fordo uranın zənginləşdirilməsi ilə məşğul olan yeraltı zavodunda baş verən partlayış müəssisənin önəmli hissəsini sıradan çıxarıb.

Lent.az-ın  "İSRAland" portalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 240 fəhlə yerin 90 metr dərinliyində qalıb. Hakimiyyəti zavodun 24 kilometr radiusunda hərəkəti dayandırıb.


Amerikanın «WND» xəbər saytının məlumatına görə, partlayış yanvarın 22-də baş versə də, yanvarın 26-da yayılıb. Yerin altında qalan fəhlələrin aqibəti ilə bağlı heç bir məlumat verilmir. Yanvarın 23-də xilasedicilər fəhlələri yerin altından çıxara bilməyib. Muəssisяdə olan hər iki lift partlayış nəticəsində sıradan çıxıb. Qəza lifti isə hələ tikilməyib.

Mənbənin bildirdiyinə əsasən, partlayış uran zənginləşdirilən zalın üstündə baş verib.


Rəsmi mənbə təxribat versiyasının üzərində dayanaraq, partlayışın uranın zənginləşdirilməsi zalında baş verdiyini bildirib.

İran prezidenti Mahmud Əhmədinejad xüsusi xidmət orqanları rəhbərlərinin və nüvə proqramının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

İslam Respublikası kəşfiyyatının yüksək rütbəli əməkdaşı Həmidrza Zəkarinin sözlərinə görə, onlar partlayışın sabotaj olduğu qənaətindədirlər. Ənənəvi olaraq, kəşfiyyatçı baş verən olayla bağlı İsraili suçlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2569
avatar

Oxşar yazılar