Təcavüzkarları edam gözləyir
30 dekabr 2012 01:58 (UTC +04:00)

Təcavüzkarları edam gözləyir

Dehlidə 23 yaşlı tələbə – qıza təcavüz edib, onu avtobusdan tullayan  6 kişi qətldə günahlandırılır.

 

Lent.az-ın «Associated Press»-ə istinadən məlumatına görə, onlar barəsində ölüm hökmü çıxarıla bilər. İttiham olunanların arasında bir nəfər həddi-büluğa çatmayan da var. Məhkəmənin yanvarın 3-də başlayacağı gözlənilir.

 

Təcavüzə məruz qalmış qız dekabrın 29-da Sinqapurda xəstəxanada həyatını itirib. 

Bu olay Hindistanda etiraz aksiyalarına səbəb olub. Etirazçılarla polis arasında baş verən qarşıdurma zamanı bir polis də həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779
avatar

Oxşar yazılar