Təbrizdə azərbaycanlı edam edilib
09 yanvar 2014 18:17 (UTC +04:00)

Təbrizdə azərbaycanlı edam edilib

İranın Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Abdullah Əcəmlu qətldə günahlandırılaraq dara çəkilib.

 

Təbriz şəhərinin yaxınlığındakı Seyidabad qəsəbəsindən olan məhbus 19 yaşında olarkən bir kütləvi dava zamanı həbs edilib və həmyerlisini qətlə yetirməkdə ittiham olunaraq edam cəzasına məhkum edilib.

 

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 7-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub. A.Əcəmlu 11 il həbs cəzası çəkdikdən sonra 30 yaşında asılıb. Ancaq valideynləri onun qatil olmadığını və qətli başqasının törətdiyini bildirirlər. Onlar həmçinin qətlin A.Əcəmlunun boynuna qoyulduğunu və övladlarının da işgəncələr altında bunu etiraf etmək məcburiyyətində qaldığını söyləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1448
avatar

Oxşar yazılar