Pakistanın şimal-qərbində yerli tayfalardan birinin başçısının evində silah-sursat saxlanılan yerdə partlayış baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partlayış nəticəsində 9 nəfər, o cümlədən 3 uşaq həlak olub.
Mənbə bildirib ki, ölənlər arasında yaraqlılar da var. Partlayış baş vermə səbəbi bildirilməyib.
Yerli hakimiyyət hesab edib ki, «Taliban» hərəkatının qollarından biri, «Ləşkər-e- İslam» yaraqlılarının həmin evdən silah - sursat saxlamaq üçün istifadə edib.