Tacikistanın keçmiş nazirinə 26 il iş kəsilib
26 dekabr 2013 06:15 (UTC +04:00)

Tacikistanın keçmiş nazirinə 26 il iş kəsilib

Tacikistanın Ali Məhkəməsi ölkədə tanınmış sahibkar, keçmiş sənaye və energetika naziri Zayd Səidovun 26 il azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, «cinsi təcavüzdə, çoxarvadlılıqda, rüşvət almaqda, dələduzluqda» ittiham olunub.

 

Cinayət törətdiyi müddətdə onun mülkinin müsadirə edilməsi barədə də məhkəmə qərar qəbul edib.

 

Z.Səidov cinayət məcəlləsinin 10 maddəsi üzrə ittiham olunub. 6 maddə ilə bağlı iddia istintaqa göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Oxşar yazılar