Tacikistanda sayt və sosial şəbəkələr qapadılır
22 dekabr 2012 07:47 (UTC +04:00)

Tacikistanda sayt və sosial şəbəkələr qapadılır

0

Tacikistan hökuməti yanında rabitə xidməti dekabrın 21-də 131 internet saytın qapadılmasına dair göstəriş verib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, onların arasında «vkontakte», «Odnoklassniki», «Twitter» kimi sosial şəbəkələr də var.

 

Məlumata əsasən, gələn  həftənin ilk günündən bu saytların hamısını bağlamağa başlayacaqlar.

 

Qeyd edək ki, ötən ay Tacikistanda «facebook» sosial şəbəkəsinə girişi bağlamışdı. Beynəlxalq qurumların, o cümlədən ATƏT və Avropa Birliyinin müraciətindən sonra blok götürülmüşdü. Mənbənin bildirdiyinə görə, bu qəraradək 30 sayt, o cümlədən «vesti.ru», «gazeta.ru», «ria.ru», «centrasia.ru»-da bağlanıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 912

Oxşar yazılar