Tacikistanda Azadlıq radiosunun saytı bağlanıb
25 fevral 2014 03:47 (UTC +04:00)

Tacikistanda Azadlıq radiosunun saytı bağlanıb

Tacikistanda Azadliq radiosunun (tacik dili redaksiyası«Ozadi») saytına girişə məhdudiyyət qoyulub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda tacik bürosunun rəhbəri Xurşid Həmdəm bəyanat verib.

 

Onun sözlərinə əsasən, bu məhdudiyyət  fevralın 15-dən sonra saytda Ukraynadakı hadisələrin ətraflı işıqlandırılması ilə əlaqədardır.

 

Dövlət rəsmiləri saytın blok edilməsi ilə bağlı məsələni şərhdən imtina ediblər.

 

ABŞ-ın Düşənbədəki səfirliyi Azadlıq radiosu saytının bağlanmasına münasibət bildirib. Fevralın 24-də amerikalı diplomat baş verən olaydan narahat olduqlarını, söz, fikir azadlığını müdafiə etdiklərini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar