Tacikistan saytlardan əl çəkir
25 dekabr 2012 21:49 (UTC +04:00)

Tacikistan saytlardan əl çəkir

0

Tacikstan Rabitə Xidməti 131 sayta qoyulmuş giriş yasağını aradan qaldırıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, qurum rəhbərinin müavini Rafiq Şakirov tərəfindən imzalanmış sərəncama əsasən, bir neçə sayt giriş yasaqlanmışdı.

 

İnternet-təchizatçılar agentliyə bildirib: «Dekabrın 25-də axşam bizə zəng edib, R.Şakirovun məktubunun ləğv edildiyini söylədilər».


Xatırladaq ki, Tacikistan hökuməti yanında rabitə xidməti dekabrın 21-də 131 internet saytın qapadılmasına dair göstəriş vermişdi.

 

«Qara siyahıya» düşənlər arasında, «vkontakte», «Odnoklassniki», «Twitter» kimi sosial şəbəkələr, «topvideo.tj», «applicaton-software.info», «my.mail.ru», « foto.mail.ru», «m.blogs.mail.ru», «rupolit.com»,«vesti.ru», «gazeta.ru», «ria.ru», «centrasia.ru»- də var.

 

Qeyd edək ki, ötən ay Tacikistanda «facebook» sosial şəbəkəsinə girişi bağlamışdı. Beynəlxalq qurumların, o cümlədən ATƏT və Avropa Birliyinin müraciətindən sonra blok götürülmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar