Suriyanın dotsları konfransının iştirakçı dövlətləri 2,4 milyard dollardan artıq humanitar yardım toplayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu yardım 2011-ci ilin martından ölkədə başlayan münaqişədən əziyyət çəkənlərə veriləcək.
BMT-nin baş katibi Pan Ge Mun bu haqda bəyanat verib: «Bu gün biz 2,4 milyard dollardan artıq toplamışıq».
Bir müddət öncə münaqişədən əziyyət çəkənlərin 6,5 milyard dollarlıq yardıma ehtiyacı olduğu bildirilmişdi.