Suriyadakı rejim təmsilçiləri müxalifətlə bir araya gəlir
25 yanvar 2014 05:43 (UTC +04:00)

Suriyadakı rejim təmsilçiləri müxalifətlə bir araya gəlir

Yanvarın 25-də BMT və Ərəb Dövlətləri Lİqasının Suriya üzrə təmsilçisi Lahdar Brahimi Suriyadakı rejimin və müxalifətin təmsilçiləri ilə bir yerdə görüş keçirəcək.

 

Lent.az-ın «BBC»eyə istinadən məlumatına görə, yanvarın 24-də münaqişə aparan tərəflər arasında birbaşa danışıqlar təxirə salınıb.

 

Əsəd rejiminin xarici işlər naziri Valid Müəllim öncə bildirmişdi ki, əgər yanvarın 25-dək konstruktiv danışıq baş tutmazsa, o zaman Cenevrəni tərk edəcək.

Brahiminin sözlərinə görə, yanvarın 24-də «hər iki tərəflə apardığı müzakirə ümidvericidir» və yanvarın 25-də iki birbaşa danışıq keçirilə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Oxşar yazılar