“İraq və Levanta islam dövləti” (İSİL) adlı radikal dini qruplaşma öz tərəfdarlarını Suriyada hökumət qüvvələrinə qarşı döyüşənlərin məhvinə çağırıb.
APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, çağırışın yer aldığı audiomüraciətlə qruplaşma yanvarın 7-də çıxış edib.
İSİL-in nümayəndəsi Əbu Məhəmməd əl-Adanini bəyan edib ki, qruplaşmanının üzvləri hakimiyyət qüvvələrinə qarşı döyüşən bütün digər qüvvələri zərbə üçün “qanuni nişan” hesab edir. Onun sözlərinə görə, Suriya Milli Koalisiyası “İraq və Levanta islam dövləti” qruplaşmasına qarşı müharibə elan edib, bu üzdən də qruplaşma üzvləri koalisiyadan çıxmaq haqda bəyanat verənlər istisna olmaqla, digər döyüşçülərin məhvinə çalışacaq.