Suriyadakı münaqişə nəticəsində son üç ildə on mindən çox uşaq həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bunu BMT-nin Təhlükəsizlik Şurası bölgə ilə bağlı yeni hesabatında bildirib.
Hesabata əsasən, 4 milyona yaxın suriyalı uşaq öz evini tərk etmək məcburiyyətindədir.
BMT qeyd edib ki, uşaqlar arasında qurbanın sayının çoxluğu rejim və müxalifətə bağlı qüvvələrin ağır texnikadan istifadə etməsidir.
Hesabatda uşaqların zorlanması, yetkinlik yaşına çatmayan suriyalıların işgəncə məruz qalması da öz əksini tapıb.