Son iki həftə ərzində Suriyanın şimalında və şərqində Bəşar Əsəd rejiminə müxalif silahlılar arasında döyüş nəticəsində mindən çox yaraqlı həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Suriya insan haqları müşahidə şurası bildirib ki, həlak olanların arasında azı 130 dinc sakin var.
Müxalifət fəallarının sözlərinə əsasən, «əl-Qaidə»yə bağlı «İraq və Suriya islam Dövləti» yaraqlıları başqa silahlılar arasında atışma iki həftədir davam edir.
BMT-nin insan haqları üzrə komissarı Navi Pillay bir müddət öncə bildirmişdi ki, «İraq və Suriya islam Dövləti» adlı yaraqlıları başqa silahlı üsyançılarla müqayisədə daha çox dinc sakinləri edam edirlər.