Suriyada döyüşən azərbaycanlıların yeni videosu yayılıb
14 fevral 2014 12:41 (UTC +04:00)

Suriyada döyüşən azərbaycanlıların yeni videosu yayılıb

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlıların yeni video görüntüləri yayılıb.

 

APA-nın “İraq Şam Dövləti” silahlı qruplaşmasına məxsus saytlardan əldə etdiyi həmin video görüntülərdə azərbaycanlı döyüşçülərin Azad Suriya Ordusunun nəzarətindəki neft mədəninin ələ keçirilməsi səhnəsi əks olunub. “İraq Şam Dövləti” silahlı qruplaşması tərəfindən həyata keçirilən həmin əməliyyatlara rəhbərliyi isə “Xəttab Əl Azəri” kimi təqdim olunan azərbaycanlı edir.

 

“Xəttab Əl Azəri” video görüntüdə Azad Suriya Ordusu tərkibində vuruşan şəxslərin islama bağlı olmadıqlarını açıqlayıb: “Onlar özlərini Ceyşül Islam adlandırırlar, lakin onların Ceyşül İslamla heç bir əlaqəsi yoxdur. Bu gün Suriyada əsl əqidəni yaşayan, öz əqidəsi üçün can verən, Allahın dinini hər şeydən uca tutaraq vuruşanlar dövri-islamiyyədir və onun tərkibində olan bizim kimi qardaşlardır. Özlərini Ceyşül İslamiyyə adlandıranların isə İslama heç bir aidiyyəti yoxdur”.  

 

“Xəttab Əl Azəri” Azad Suriya Ordusu tərkibində vuruşan şəxsləri Amerikaya və Səudiyyə Ərəbistanına xidmət etməkdə ittiham edib: “Onlar haqq yoldan yayınıb səhv yola getdilər, Amerikaya və Səudiyyəyə biət elədilər. Səudiyyə kralı ilə Bəşər Əsəd arasında heç bir fərq yoxdur. Bəlkə də Bəşər Əsəd Səudiyyə kralından daha xeyirlidir”.

 

Məlumat üçün qeyd edək ki, son vaxtlar Suriyada Bəşər Əsədə qarşı vuruşan Azad Suriya Ordusu ilə “İraq Şam Dövləti” qruplaşması arasında intriqa düşüb. Hazırda onlar bir-birinə qarşı vuruşurlar. Ən acınacaqlısı ondadır ki, Azərbaycandan Suriyaya vuruşmaq üçün gedən şəxslər həm Azad Suriya Ordusu, həm də “İraq Şam Dövləti” qruplaşmasının tərkibində bir-birləri ilə döyüşürlər.

 

APA həmin video görüntüləri təqdim edir.

 

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7091
avatar

Oxşar yazılar