Suriyada Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşanınin öldürüldüyü xəbəri yayılıb. Lent.az-ın mücahidlərə yaxın “kavkazcenter” saytının “tvitter” səhifəsinə istinadən verdiyi xəbərə görə, Şuşanınin Hələb həbsxanası yaxınlığında gedən döyüşlərdə öldürüldüyü bildirilir.