İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti Suriyada həlak olub. APA-nın “Sepah News”-a istinadən verdiyi xəbərə görə, İran-İraq müharibəsinin veteranı, briqada generalı Şəhruh Daipur Suriyanın Əl-Bükəmal yaşayış məntəqəsində müşavir missiyasını həyata keçirərkən həlak olub.
İnsidentin tarixi və təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Əl-Bükəmal yaşayış məntəqəsi 2017-ci ilin sonunda İŞİD terrorçularından azad edilmişdi.