Suriyada daha bir azərbaycanlı mücahid öldürüldü - FOTO
08 yanvar 2014 14:45 (UTC +04:00)

Suriyada daha bir azərbaycanlı mücahid öldürüldü - FOTO

Suriyada daha bir azərbaycanlı mücahidin öldürüldüyü barədə xəbər yayılıb.


 

APA-nın xəbərinə görə, bu barədə məlumatı türk mücahidlərinə məxsus saytlar yayıb.

 

Məlumata görə, həlak olan mücahid Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvüdür. Mücahidlər onun meyitinin fotosunu sosial şəbəkələrdə yaysalar da, adını açıqlamayıb, sadəcə azəri şəhid olduğunu qeyd ediblər.

 

Qeyd edək ki, son bir həftədə Suriyada daha üç azərbaycanlı mücahid öldürülüb. Onlar “İraq-Şam İslam Dövləti” qruplaşması və “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov, “Azəri Seyfullah” ləqəbli Soltan və “Primorskiy Muhammed” ləqəbli Azərbaycan vətəndaşlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Oxşar yazılar