Suriya müxalifəti Moskva-Dəməşq neft müqaviləsinə qarşı
27 dekabr 2013 06:48 (UTC +04:00)

Suriya müxalifəti Moskva-Dəməşq neft müqaviləsinə qarşı

Suriyanın müxalif Milli Şurası Bəşar Əsəd rejimi ilə Rusiyanın «Soyuznetfqaz» şirkəti arasında ölkə ərazisində neft geoloji-kəşfiyyat işlərini aparılması müqaviləsinə qarşı çıxıb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, müxalifət bildirib: «Bu müqavilə Suriya sərvətlərinin Rusiya hərbi texnikasına dəyişdirilməsini nəzərdə tutur. Müqavilə Suriya üçün çətin, ölkədə  dinc əhali öldürüldüyü bir vaxtda bağlanıb».

 

 «Soyuzneftqaz» 2000-ci ildə Rusiya «Mejqosbank», Yanacaq-energetika kompleksinin dispetçer idarə edilməsi mərkəzi, eləcə də Belorusun «Belneftxim» şirkəti tərəfindən yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar