Cenevrədə Suriya müxalifəti ilə rejim təmsilçiləri arasında humanitar məsələlərlə bağlı müzakirə keçirilib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «RİA Novosti» xəbər yayıb.
BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə özəl nümayəndəsi Lahdar Brahimi bu haqda bildirib: «Biz iki mərhələdə məsləhətləşmə keçirmişik. Günün ikinci yarasında isə humanitar məsələ və Homsdakı durumu müzakirə etdik».