Sudan prezidenti Ömər Bəşirlə Cənubi Sudanın lideri Salva Kiir arasında Efiyopiyada keçirilən görüş zamanı iki ölkə arasındakı sərhəddə silahsız bufer zonanı yaranması ilə bağlı razılıq əldə edilib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, tərəflər neft ixracatına başlamaq üçün bu prosesi tezləşdirmək qərarına gəlib.
Ötən ilin sentyabrında da iki ölkə lideri neft ixrac etmək üçün sərhəd bölgəsində atəşkəs, mübahisəli rayonlardan ordunun çıxarılması ilə bağlı razılıq əldə etmişdi.
Ancaq ötən ilin dekabrında atəşkəs yenidən pozulmuşdu.