Şri-Lanka məhkəməsi çay istehsalı şirkətinin rəhbərini öldürdüklərinə görə 18 nəfərə qarşı ölüm hökmü çıxarıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar 2013-cü ildə paytaxt Kolombo ətrafında Nixal Pereranı döyərək öldürməkdə təqsirli biliniblər.
Bildirilir ki, Şri Lanka vətəndaşı olan Perera ABŞ-ım “Walters Bay” şirkətinin törəmə strukturu olan “Noori Tea Estate”-ın çay plantasiyasının icraçı direktoru olub.