Sonuncu 3 tısbağa, İrandakı tritonlar, üçbarmaqlı cırtdanlar – HƏYƏCAN
02 iyun 2015 15:53 (UTC +04:00)

Sonuncu 3 tısbağa, İrandakı tritonlar, üçbarmaqlı cırtdanlar – HƏYƏCAN

Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı  2020-ci ilədək 10 heyvan növünün nəslinin kəsiləcəyini bildirib. Lent.az sizə bu heyvanlarla bağlı məlumatı təqdim edir.

Meşə kelayakı Mərakeş, Türkiyə, Efiopiyanın şimalında yaşayırlar. Hazırda bu quşlar ciddi təhlükə ilə üz-üzədirlər.

Üç barmaqlı cırtdanlar daha çox Panamada yaşayırlar. Onların sayı hazırda təxminən 500-ə qədərdir.

Uzaq Şərq leopardı Rusiya və Çində yaşayır. Bu leopardların ən nadir növlərindən biridi.

Zaqros tritonu İranın Zaqros dağlarında yaşayırlar. Bu tritonlar salamandraların ən nadir növü hesab olunurlar. Uzunluqları 13 sm olur.

Rafetus tısbağaları. Hazırda dünyada bu tısbağadan 3 dənə qalıb var. Bunlardan ikisi Çindəki zooparkda, digəri isə Hanoya gölündə yaşayır.

Dağ qorillası nəsli kəsilməkdə olan heyvanlardandı. Daha çox Mərkəzi Afrikada yaşayırlar. Hazırda bu qorillaların yaşadığı yerlər mühafizə olunur.

Saolalar Vyetnamın Çıoqşon dağlarında və Kambocada yaşayırlar. 1993-cü ildə elm tərəfindən öyrənilib və ad verilib. Sayları isə məlum deyil.

160-a yaxın Florida pumasının olduğu təxmin olunur. Yeganə puma növüdür ki, Qırmızı kitaba salınıb. Onların nəslinin kəsilməsi təhlükəsi yüksəkdi.

Sayqalar Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Monqolustanın qərbində yaşayırlar. Saylarının təxmini 750 olduğu söylənilir.

Enliburun Lemurun 150-si zooparklarda, 60-ı isə vəhşi təbiətdə yaşayır. Madaqaskarın şərqində və mərkəzində məskunlaşıblar. İqlim dəyişməsi və insanların dağıdıcı işləri onların nəslinin tükənməsi problemi ilə üz-üzə qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139

Oxşar yazılar