Bağdadda terrorçu-kamikadze partlayış törədib.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, İraq paytaxtının şimalında, əsasən şiələrin yaşadığı Əl-Kadimeyn rayonunda nəzarət-buraxılış məntəqəsinin qarşısında törədilən partlayış nəticəsində ən azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.
Ölənlərin 2-i polis əməkdaşı, 8-i mülki şəxsdir. Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.