Bir müddət öncə Avropa parlamenti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, hazırda Rusiyaya sığınan Edvard Snoudenin cari ilin dekabrında quruma dəvət ediləcəyi barədə xəbər yayılmışdı.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, keçmiş agentin dinlənilməsi ilə bağlı tədbirin tarixi dəyişdirilib. Onun 2014-cü ilin yanvarında Avroparlamentə dəvət ediləcəyi ehtimal edilir.
Mənbə bildirib ki, parlamentdəki fraksiyalar hələ məsələnin müzakirəsini aparır.
Sosialistlər və «yaşıllar»ın qənaətincə, parlamentdə Snoudenin danışığının videoyazısını dinləsinlər. Onları hesab edir ki, birbaşa video-əlaqə agentin təhlükəsizliyinə ziyan vurar. Avropa Xalq Partiyası isə əksinə birbaşa bağlantının tərəfdarıdır.