ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Amerika xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı prezident Barak Obamanın çıxışına gələn həftə şərh edəcək.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda «Wikileaks»-in yaradıcısı Culian Assanc açıqlama verib.
«Edvard Snouden prezidentin bəyanatına gələn həftə münasibət bildirəcək. Fikrimcə, prezident 45 dəqiqə xüsusi xidmət orqanlarının fəaliyyəti haqda danışdığı üçün Snouden xoşbəxtdir»- deyə, C.Assanc bildirib