ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Edvard Snouden 1,7 milyona yaxın qovluq oğurlayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Assoşieyted press» Pentaqonun qapalı hesabatına əsasən, bildirib ki, həmin sənədlər daha çox ABŞ silahlı qüvvələrinin kəşfiyyat əməliyyatlarına aiddir.
Həmin hesabatdakı bəzi informasiyanı ABŞ konqresinin iki üzvü Respublikaçılar Partiyasının təmsilçisi, konqresin kəşfiyyat üzrə komitəsinin başçısı Mayk Rocers və demokrat Datç Ruppersberger jurnalistlərə çatdırıb.
Onların sözlərinə görə, oğurlanmış qovluqların böyük bir hissəsi ABŞ ordusu, Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin cari əməliyyatları haqdadır. Onlar qeyd edib ki, həmin sənədlərin bəzilərinin açıqlanması artıq Amerika kəşfiyyatının fəaliyyətinə zərbə vurub.