Əhalini daşıyan maşın karvanı Hələbi tərk etdi
15 dekabr 2016 22:46 (UTC +04:00)

Əhalini daşıyan maşın karvanı Hələbi tərk etdi

0

Müxalifləri və onların ailələrini daşıyan ilk maşın karvanı Suriyanın Hələb şəhərini tərk edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobus və təcili yardım maşınlarından ibarət karvan Ər-Rəşiddin rayonuna çatıb.

 

Avtomobil karvanı rusiyalı hərbçilər və Qırmızı Xaç Beynəlxalq Komitə əməkdaşları tərəfindən  müşayiət edilib. Maşın karvanı isə növbəti dəstənin şəhəri tərk etməsi üçün Hələbə geri dönüb.

 

Qeyd edək ki, müxaliflərin Hələbin şərq rayonlarından çıxarılması əməliyyatı rusiyalı hərbçilər və Suriya hökuməti tərəfindən koordinasiya edilir.

 

 Şəhəri tərk etməyə razılaşanların təhlükəsizliyinə zəmanət verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar