Uruqvayın senatoru Xorxe Saraviya yaşadığı evin yaxınlığında silahlılar tərəfindən soyğuna məruz qalıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, 2014-cü ildə keçiriləcək prezident seçkisinə namizəd kimi qatılmaq niyyətindədir.
Yerli hakimiyyətin sözlərinə əsasən, senator başından yaralansa da, o, ehtimal olunun silahlı soyğunçulara qarşı müqavimət göstərib.
«El Observador» qəzeti qeyd edib ki, paytaxt Montevideo yaxınlığında yerləşən namizədin evinə üç silahlı cinayətkar girməyə cəhd göstərib. Basqın olan zaman müxalif siyasətçi ailəsi ilə şam yeməyə hazırlaşırmış.