Sevastopol şəhər administrasiyasının sədri Vladimir Yatsuba Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Regionlar Partiyasının rəhbərliyi və tutduğu vəzifədən istefa verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şəhər hakimiyyətinin mətbuat xidmətinin saytında o, bildirib: «Mən vəzifədən istefa verir və Regionlar Partiyasından çıxıram».
Xatırladaq ki, Rusiyanın Qara dəniz Hərbi Dəniz Donanması bu şəhərdə yerləşir.
Fevralın 23-də rusiyayönlü iş adamı Aleksey Çapıyın dəstəyi ilə ilk dəfə olaraq, o, 20 illiyinə bu vəzifəyə seçilmişdi.