Səudiyyənin səfirliyi vətəndaşlarını Livandan çıxmağa çağırıb
28 dekabr 2013 05:10 (UTC +04:00)

Səudiyyənin səfirliyi vətəndaşlarını Livandan çıxmağa çağırıb

Səudiyyə Ərəbistanının Livandakı səfirliyi bu ölkədəki vətəndaşlarına müraciət edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, diplomatik qurum müraciətində onların Livanı tərk etməsini istəyib.

 

Səfirlik vətəndaşlarına bu ölkəyə gəlməkdən çəkinməyə də çağırıb. Buna səbəb kimi Livanda daxili siyasi vəziyyətin mürəkkəbləşdiyi  və sabitliyin pozulduğu göstərilib.

 

Vətəndaşları Livandan çıxaran «Saudi Arabian Airlines» hava şirkətinin işini əlaqələndirmək üçün səfirlik gecə-gündüz iş rejiminə keçib.

 

Xatırladaq ki, dekabrın 27-də Livanın paytaxtı Beyrutda partlayıcı qurğu quraşdırılmış avtomobilin partlaması nəticəsində «Martın 14-ü koalisiyası»-nın tanınmış üzvü, ölkənin keçmiş maliyyə naziri Məhəmməd Şatah və daha 5 nəfər həlak olub, daha 71 nəfər yaralanıb.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Oxşar yazılar