Yanvarın 13-də gecə saatlarında Səudiyyə Ərəbistanında naməlum şəxslər Almaniya səfirliyinə məxsus avtomobilə odlu silahdan atəş açıb.
Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, hadisə baş verən zaman maşında səfirliyin iki əməkdaşı olub.
Mənbə onların xəsarət almadığını bildirib.
Məlumata əsasən, basqın ölkənin əl-Əmaviyə şəhərində baş verib.
Yerli polis hadisə ilə bağlı araşdırma aparır.