Səudiyyə Ərəbistanın din polisi (əl-Mutava) krallıq təbəələri və ölkə ərazisində yaşayan əcnəbilərə yeni il bayramını qeyd etməyi yasaqlayıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bayramın keçirilməsi ölkənin dini qurumunun fitvasına əsasən qadağa edilib.
Mənbə bildirib ki, din polisi gül, hədiyyə satan mağazaların yiyələrini yeni illə bağlı alver etməyin yasaqlandığından xəbərdar edir.
«Əl-Mutava» Səudiyyə Ərəbistanında mühafizəkar qaydalarını tətbiqi vəziyyətinə nəzarət edir. Mənbə bir sıra hallarda onların öz səlahiyyətlərini aşdığını bildirir. Onların belə davranışı bəzən insan qətli ilə də nəticələnir.