Səudiyyə Ərəbistanını sudakı neft platformasında baş verən qəza nəticəsində 20-dən çox insan xəsarət alıb, üç nəfər İtkin düşüb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, platforma Rəs-əl- Xəfcə limanından 35 km aralıda yerləşib. Olaydan sonra zədələnmiş platforma batıb.
Platformadakıları Səudiyyə Ərəbistanının sahil xilasetmə xidmət xilas edib.
Platforma körfəzdə, dünyanın ən iri yataqlarından biri, Stefaniya neft yatağında yerləşib.