Səudiyyə Ərəbistanı məhkəməsi şair və jurnalist Həbib Məəktibi bir il müddətinə azadlıqdan məhrum edib. Lent.az-ın «BBC-yə istinadən məlumatına görə, o, ölkə əyalətlərindən birində keçirilən etiraz aksiyasına qatıldığı üçün «cəzalandırılıb».
Mənbə bildirib ki, ona qarşı irəli sürülən ittiham aydın deyil. Bundan başqa şairin azadlığa çıxması barədə də xəbərlər yayılıb. Buna səbəb kimi onun cəza müddətini istintaq təcridxanasında saxlanıldığı vaxt göstərilib.
Səudiyyə Ərəbistanında etiraz aksiyası iştirakçıları ölkədə islahatın keçirilməsini tələb edir.