Şərqi Azərbaycanın başçısı dövlət bayramını ermənilərlə keçirəcək
29 yanvar 2013 02:58 (UTC +04:00)

Şərqi Azərbaycanın başçısı dövlət bayramını ermənilərlə keçirəcək

 “İlk dəfə olaraq Ermənistanın Sünik vilayətində İran İslam İnqilabının 34-cü ildönümü qeyd ediləcək”. APA-nın məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan əyalətinin icra başçısı Əhməd Əlirza Beygi  açıqlama verib.

 

O, bildirib ki, islam inqilabının ildönümü münasibəti ilə Sünik vilayətinin Qafan şəhərində şənlik keçiriləcək: “Şənliyin təmtəraqlı keçirilməsi üçün Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İncəsənət Qurumu da dəstək olacaq. Bu məsələ ilə bağlı Ermənistanın İrandakı səfiri Qriqori Arakelyan ilə görüşümüz zamanı söhbət etmişik. Həmçinin Sünik vilayəti ilə əyalətimiz arasında imzalanmış razılaşmada da bu şənliyin keçirilməsinə yardım edəcəyimiz qeyd olunub”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1187
avatar

Oxşar yazılar