Ermənistan prezidenti Serj Sarqsyan fevralın 18-də keçiriləcək prezident seçkisindəki rəqiblərindən biri Paruyr Ayrikyanın müalicə aldığı xəstəxanaya baş çəkib.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, fevralın 1-də Yerevan Tibb Mərkəzinə gedən prezident orada jurnalistlərə açıqlama verib.O, deyib ki, həkimlər Ayrikyana lazimi tibbi yardım göstəriblər və onun tezliklə sağalacağına şübhə etmir.
Sarqsyan Ayrikyana qəsdi pisləyib: “Bu mənfur cinayət yalnız dövlət xadiminə, prezidentliyə namizədə yox, bütün cəmiyyətə qarşı yönəlib. Biz bu cinayətin üstünü açmaq üçün əlimizdən gələni edəcəyik”.
Ötən gecə naməlum şəxs paytaxtın mərkəzində Ayrikyana iki dəfə atəş açdıqdan sonra qaçıb. Atılan güllələrdən biri Ayrikyanın döş qəfəsini yaralayıb. Fevralın 1-də Ayrikyan əməlliyyat olunub və güllə onun bədənindən çıxarılıb.