Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin «sağ əli» sayılan Klaude Kueant «korrupsiya və vəzifdən sui-istifadə» itihamı ilə saxlanılıb.
Lent.az-ın Türkiyə inofrmasiya vasitələrinə istinadən məlumatına görə, o, Fransanın keçmiş daxixil işlə naziri, 2002 – 2004-cü illərdə prezident sarayının baş direktoru işləyərkən, təhlükəsizlik sahəsinin büdcəsindən hər ay 10 avro mükafat alıb.
Həmin illərdə przidentin təhlükəsizlik xidmətinin baş direktoru vəzifəsini icra edən Mişel Kaudin də eyni suçla ittham olunub.
Klaude Kueant 2011-2012-ci illərdə daxilil işlər naziri işləyib. 2007-ci ildə Nikolya Sarkozinin seçki kampaniyasına qanunkənar maliyyə yardımı etməkdə də şübhəli bilinir. Onun adı Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin Sarkoziya pul yardımı qalmaqalında hallanırdı və bu məsələ ilə bağlı o, sorğu-sual edilmişdi.