Sarkisyanın cangüdəni tutuldu
26 iyun 2018 01:50 (UTC +04:00)

Sarkisyanın cangüdəni tutuldu

İrəvanda dövlət mühafizə xidməti rəisinin sabiq birinci müavini, general-mayor Vaçaqan Kazaryan həbs edilib.

 

APA-nın məlumatına görə, bu barədə “news.am” xəbər verib.

 

Keçmiş prezident Serj Sarkisyanın sürücüsü və şəxsi cangüdəni kimi tanınan V. Kazaryan qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə yalan məlumatlar verməkdə şübhəli bilinir.

 

Qeyd edək ki, ötən gün İrəvanda Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb, bir müddət sonra isə sərbəst buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

Oxşar yazılar