Saakaşvili Türkiyə ilə münasibətlərin gərginləşdiyindən danışıb
18 yanvar 2013 01:54 (UTC +04:00)

Saakaşvili Türkiyə ilə münasibətlərin gərginləşdiyindən danışıb

“Təəssüf ki, Türkiyə ilə münasibətlər çox ciddi şəkildə gərginləşib”. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili yanvarın 17-də  keçirdiyi brifinqdə bəyan edib.   


Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan birgə Bakı-Tiflis-Qars dəmiryolu layihəsini həyata keçirir. Bu dəmiryolu magistralı yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılır.

 

 “Gürcü arzusu” koalisiyası hakimiyyətə gəldikdən sonra layihənin Gürcüstana fayda gətirməyəcəyi barədə fikirlər səsləndirməyə başlayıb, ancaq sonradan onun gerçəkləşməsinə heç bir təhlükə olmadığını bildirmişdi.     

 “Hazırda Türkiyə ilə münasibətlərin çox ciddi şəkildə gərginləşdiyini bilirsiniz. Bu çox şeydə özünü biruzə verir, Türkiyə artıq bir çox sərmayə qoyuluşlarını dayandırıb. Türkiyə Gürcüstanın NATO-ya inteqrasiya məsələsində əsas tərəfdaş qismində çıxış edir. Türkiyə ilə münasibətlərdə problemlər yarandıqda Gürcüstan NATO-ya daxil olmaq tarixi şansını itirir. Bundan başqa Azərbaycan da Gürcüstanın strateji müttəfiqidir. Bu səbəbdən bütün qonşularla ciddi məsləhətləşmələr aparmadan müəyyən məsələləri tələsik şəkildə irəli sürülməsi yolverilməzdir. İnanıram ki, bu düşünülməmiş bir bəyanatdır.Gks halda biz çox ciddi hadisə ilə üzləşmişik”- deyə,Saakaşvili vurğulayıb.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210
avatar

Oxşar yazılar