Saakaşvili: «Yeni hökumət Rusiyanın bütün casuslarını sərbəst buraxdı»
21 dekabr 2012 05:23 (UTC +04:00)

Saakaşvili: «Yeni hökumət Rusiyanın bütün casuslarını sərbəst buraxdı»

0

Gürcüstan prezidenti Mixail Saakaşvili rusiyalı həmkarı Vladimir Putinin dekabrın 20-də keçirdiyi mətbuat konfransında ünvanına deyilənlərə cavab verib.

 

 Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, bildirib ki, Gürcüstanın baş naziri Bidzin İvanişivliyə Putinin  müsbət münasibətinə təəccüblənmir.

 

«Əlbəttə, o, Rusiyanın bütün casuslarını həbsdən azad edib. Bu gün Gürcüstanda Rusiyanın bir casusda qalmayıb. Onlar hara yox oldu, aydın deyil» - deyə, o, vurğulayıb.

 

M.Saakaşvili  qeyd edib ki, 2008-ci ildə Gürcüstan-Rusiya savaşında birbaşa Rusiyaya işləyənlər də sərbəst buraxılıb: «Vaxtanq Maisaya bizim baş qərargahdan tanklarımızın hərəkət istiqaməti barədə məlumatları Rusiyaya tərəf ötürürdü. Hərbi bazalarımızın koordinatları barədə Gevorqyanın verdiyi məlumatlar nəticəsində 14 vətəndaşımız həlak oldu».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1383

Oxşar yazılar