Türkiyədə şərti adı “Böyük rüşvət” olan əməliyyatlar bir il əvvəl azərbaycanlı iş adamı Rza Zərrabın sürücüsünün sosial şəbəkədə paylaşdığı bir foto ilə başlayıb.
Lent.az-ın məlumatına görə, bir il öncə iş adamının sürücüsünün bir metr hündürlükdə pulla çəkdirdiyi fotonun yayılmasının ardından Türkiyə polisi hərəkətə keçərək, adı çəkilən şəxsi və onunla bağlantısı olan şəxsləri izləməyə başlayıb.
Qeyd edək ki, ötən il bu şəkil yayıldıqdan sonra polis həmin sürücünü saxlayaraq ifadəsini almış, daha sonra isə sərbəst buraxmışdı. Həmin dövrdə Rza Zərrabın Türkiyədən Rusiyaya 160 milyon dollar nağd pul göndərdiyi aşkarlanmışdı.