Türkiyədə «korrupsiya əməliyyatı» ilə bağlı şübhəlilərin saxlanılması və araşdırmalar davam edir. Lent.az-ın «habertürk»-ə istinadən verdiyi məlumatına görə, Rza Zərrabın «rəisim» dediyi şəxsin kimliyi müəyyənləşib. Bu, iranlı milyarder Bəbak Zəncanidir. O Zərrabla bu həftə Antalyada görüşəcəkmiş.
Əməliyyatda adı "N 1" kimi çəkilən Babək Zəncaninin nəzarətində aviaşirkəti, maliyyə qurumları, neft tankeri olduğu bildirilib. Onun həm də «Onur air» hava yolları şirkətinin gizli sahibi olduğu aşkarlanıb. Bu şirkət 2013-cü ildə 250 milyon dollara İran əsilli, Dubayda yaşayan iş adamı Mehdi Şəmsə satılıb. Zəncani daha sonra şirkətin "Qehsem airlines"ə satıldığını bildirib.
Zəncaninin "Ulusoy" və "Varan" adlı nəqliyyat şirkətlərini də səhmlərinin yarısını 100 milyon dollara satın aldığı iddia edilir.
Babək Zəncaninin adı Avropa Birliyi və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında da var.
Mənbə xatırladıb ki, təxminən bir il öncə Dubaya gedən təyyarədə 1,208 ton qızılın qanunsuz aparılıdığı müəyyən edilib. Bu yükün Babək Zəncaniyə aid olduğu sübuta yetirilib. O, bu qızılın qurtarılması üçün R.Zərrabı təlimatlandırıb. R. Zərrab isə bir siyasətçiyə 1 milyon dollar rüşvət verərək, həmin yükün Dubaya qiymətsiz metal kimi göndərilməsinə nail olub. Bundan sonra Zəncani Zərrabla əlaqə saxlayaraq, deyib: "Afərin, qardaşım, sən artıq böyüdün. Gözüm arxada qalmayacaq".
Mənbə xatırladıb ki, Zəncaninin karyerasına 1999-cu ildə Mərkəzi Bankanın baş direktoru Nurbəxşin sürücüsü olduğu vaxtdan başlayıb.