Rusiyanın «S-300» qurğusunu verəcəyinə İran ümid edir
18 dekabr 2013 01:29 (UTC +04:00)

Rusiyanın «S-300» qurğusunu verəcəyinə İran ümid edir

İranın Rusiyadakı səfiri Mehdi Sənai Rusiyanın «S-300» zenit-raket qurğusu ilə bağlı məsələni yenidən gündəliyə gətirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bildirib ki, Tehran hakimiyyəti «S-300» raket qurğusu ilə bağlı müqaviləni legitim sayır və Rusiyanın» bu anlaşmanı icra edəcəyini gözləyir.

 

«İran hələ də müdafiə məqsədi bu silahla bağlı müqaviləni qanuni sayır. Anlaşmanın şərtlərinə əsasən, bu sistem İrana tədarük edilməlidir» -deyə, səfir vurğulayıb.

 

Mənəbə xatırladıb ki, bu ilin sentyabrında Rusiya İrana  5 diviziya «S-300V» «Antey-2500» («S-300V»-nin modifikasiya edilmiş ixracat variantı) verməyə hazırdır.

 

Bunun üçün Tehran «Rosoboroneksport»-a qarşı 4 mlyard dollarlıq iddiasından əl çəkməlidir.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onda bildirmişdi ki, prezident V. Putin İrana «S-300» qurğusunun verilməsi istiqamətində fəaliyyətlə  bağlı tapşırıq verməyib.

Qeyd edək ki, bu müqavilə 2007-ci ildə imzalanıb. 5 diviziya «S-300» zenit-raket qurğusuna görə İran Rusiyaya 800 milyon dollar ödəyib. 2010-cu ildə bu müqavilə ləğv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar